Bank Of Baku

Səudiyyə Ərəbistanının yeddinci kralı Salman ibn Əbdül Əziz əl Səud oldu

Səudiyyə Ərəbistanının yeddinci kralı Salman ibn Əbdül Əziz əl Səud oldu
# 23 yanvar 2015 05:27 (UTC +04:00)

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə  Səudiyyə Ərəbistanının dövlət telekanalının efirində elan edilib.

 

Kral Salman ibn Əbdül Əziz əl Səudun 79 yaşı var. O, 2012-ci ildən ölkənin müdafiə naziri vəzifəsində çalışıb. Bundan əvvəl isə o paytaxt Ər Riyad əyalətinin qubernatoru olub.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdül Əziz əl Səud ötən gecə 91 yaşında vəfat edib.

 

Kral Abdullah dekabrda ağciyər infeksiyası (pnevmoniya) diaqnozu ilə Ər Riyad şəhərinin xəstəxanalarından birinə yerləşdirilmişdi.  Son 4 il ərzində kral bir neçə dəfə onurğa sümüyündə əməliyyat  keçirib.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR