Bank Of Baku

Silahlıların Dəməşqin mərkəzini ələ keçirmək cəhdi baş tutmayıb

Silahlıların Dəməşqin mərkəzini ələ keçirmək cəhdi baş tutmayıb
# 26 fevral 2013 04:44 (UTC +04:00)

Bakı-APA. Ötən gecə Suriya üsyançıları Dəməşqin əsas meydanı olan Abbasilər meydanına güclü hücuma keçiblər. Bir neçə saat davam edən şiddətli döyüş nəticəsində hökumət qoşunları üsyançıları geri oturdublar. Bu barədə APA RİA Novosti-yə istinadən məlumat verir.

 

Hücum mərkəzə yaxın Kabun rayonunda minalanmış avtomobilin nəzarət-buraxılış məntəqəsinin qarşısında partladılması ilə başlayıb. Partlayışın ardınca silahlılar Kabun, Cobar və Barz rayonlarında eyni zamanda hücuma keçərək şəhərin mərkəzinə doğru irəliləmək istəyiblər. Ən şiddətli döyüşlər Cobar rayonunda baş verib. Abbasilər meydanının ələ keçirməklə silahlılar Dəməşqin şimal hissəsinə nəzarəti ələ keçirərək şəhərin ətraflarla əlaqəsini kəsə bilərdilər.

 

Hadisə yerindən ara-sıra atəş səsləri hələ də eşidilir. Tələfat barədə məlumat verilmir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR