Bakı-APA. Şimali Koreyada eyni vaxtda müxtəlif mənzilli (300 km-dən 3000 km-dək) ballistik raketlərin buraxılışına bütün hazırlıqlar görülüb. Bu raketlər ölkənin şərq hissəsində, Yapon dənizinin sahilində quraşdırılıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Tokiodakı hərbi mənbələrin məlumatına görə, kosmik kəşfiyyat ölkənin şərqindəki Kanvondo vilayətində 3-4 min km məsafəni qət edə biləcək, Yaponiyanın və ABŞ-ın Quam adasında bütün hədəfləri vura biləcək “Musudan” tipli raketlər üçün nəzərdə tutulmuş 2 mobil qurğu aşkar edib.
Eyni vaxtda, KXDR-in şimal-şəqqindəki Xamgön Pukto vilayətində döyüş vəziyyətinə gətirilmiş raket birləşməsi aşkar olunub. Kosmik kəşfiyyat burada 300 – 500 km məsafəyə uça biləcək “Skad” və ya 1,3 min km-lik “Nodon” raketlərinin olacağını ehtimal edir. Daha mobil və təkmilləşdirilmi. “Musudan” raketləri indiyədək sınaqdan keçirilməyib. Eyni vaxtda müxtəlif mənzilli (300 km-dən 3000 km-dək) ballistik raketlərin buraxılışı Pxenyanın hərbi gücünü nümayiş etdirmək məqsədi daşıyır.