Bakı-APA. Şimali Koreyanın Vonsan şəhəri yaxınlığında yerləşdirilmiş «Musudan» raketləri üçün mobil buraxılış qurğusu döyüş hazırlığı vəziyyətinə gətirilib. APA-nın məlumatına görə, bu barədə Kiodo agentliyi Yaponiya müdafiə nazirliyinə istinadən məlumat verir.
Nazirlik bu məlumatın peyk şəkillərinin təhlili nəticəsində alındığını bildirib.
Aprelin əvvəlində Şimali Koreyanın orta mənzilli «Musudan» raketinin sınağını keçirmək istəməsi barədə məlumat yayılmışdı. Raketin uçuş məsafəsinin 3-4 min km olduğu bildirilir.