Bakı – APA. Koreya Xalq Demokratik Respublikasının Xalq Təhlükəsizlik Nazirliyinin hərbi tribunalının hökmünə əsasən, ölkə başçısı Kim Çen Inın əmisi edam edilib.
APA-nın “İTAR-TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, edam edilən 67 yaşlı Çan Son Txek əvvəllər Dövlət Müdafiə Komitəsi sədrinin müavini postunda çalışıb. O dekabrın 9-da istefaya göndərilib. Çan Son Txekə qarşı dövlət çevrilişi və korrupsiya ittihamı irəli sürülüb.
Dövlət başçısının əmisinin edam edilməsi barədə məlumatı Şimalı Koreyanın rəsmi mərkəzi teleqraf agentliyi yayıb.