Bakı-APA. Şimali Koreya hərbçiləri Yapon dənizi istiqamətinə 2 yaxın mənzilli raket buraxıblar. Bu barədə APA «Russia Today»a istinadən məlumat verir.
Hazırda Yapon dənizində ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimləri keçirilir.
Cənubi Koreya tərəfi raketlərin «KN-02» tipli olduğunu bildirib. Bu raketlər 120-140 km məsafədə hədəfləri vura və kiçik taktiki nüvə başlığı daşıya bilərlər.