Bank Of Baku

Şimali Koreyanın nüvə başlıqları raketlərə yaramır

Şimali Koreyanın nüvə başlıqları raketlərə yaramır
# 07 aprel 2013 00:28 (UTC +04:00)

Bakı-APA. Pxenyanın hal-hazırda 8 ədəd nüvə partlayıcısı var, lakin onları raketlərin üzərinə quraşdırmaq mümkün deyil, çünki başlıqlar çox iridir. APA-nın məlumatına görə, bu barədə “Rossiya 24” telekanalı xəbər verir. Kanalın xəbərinə görə, rəsmi Pxenyanın çağırışlarına baxmayaq, xarici diplomatlar KXDR-i tərk etməyə tələsmirlər.  

 

Qeyd edək ki, aprelin 5-də Şimali Koreya ölkənin şərq sahilinə sayca ikinci ballistik raketini yerləşdirib. Həmin gün diplomatik nümayəndəliklərə və humanitar təşkilatlara şəxsi heyətlərini təxliyə etmək tövsiyə olunub, çünki “hərbi vəziyyət” zamanı əcnəbilərin təhlükəsizliyinə zəmanət vermək mümkünsüzdür.  

 

Ekspertlər hesab edir ki, aprelin 15-də, Kim İr Senin ad günü münasibəti ilə Pxenyan orta mənzilli raketlərin sınağını keçirə bilər. Bununla belə çoxları KXDR-in bəyanatlarını sadəcə psixoloji həmlə hesab edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR