KXDR və Cənubi Koreya Qış Olimpiya Oyunlarının açılışında vahid bayraq altında iştirak edəcək

KXDR və Cənubi Koreya Qış Olimpiya Oyunlarının açılışında vahid bayraq altında iştirak edəcək
# 17 yanvar 2018 14:56 (UTC +04:00)

Şimali Koreya və Cənubi Koreya komandaları gələn ay Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimində vahid bayraq altında iştirak edəcək.

 

APA-nın CNN-ə  istinadən verdiyi xəbərə görə, bu barədə Pxanmuncom sərhəd məntəqəsində Şimali Koreya və Cənubi Koreya nümayəndə heyətləri arasında keçirilmiş danışıqlar zamanı razılığa gəlinib.

 

Bundan başqa, hokkey yarışlarında Şimali Koreya və Cənubi Koreya vahid komanda ilə təmsil olunacaq.

 

Qeyd edək ki, Şimali Koreya Oyunlara 150 nəfərdən ibarət heyət göndərməyə razılıq verib. Oyunlara gələn ayın əvvəlində start veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR