Bakı. Könül Cəfərli – APA. “İran nüvə proqramını dayandırmayacağı təqdirdə ABŞ bu ölkəyə qarşı hərbi üsullardan istifadə edəcək”.
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsrail prezidenti Şimon Peres bildirib.
Onun sözlərinə görə, İranın nüvə silahına sahib olmasının qarşısını almaq yalnız İsrailin deyil, eyni zamanda ABŞ və dünya ictimaiyyətinin xeyrinədir. Ş. Peres deyib ki, İran zaman qazanmağa çalışır: “Ancaq bu proses İranın zərərinə olacaq”.