Bank Of Baku

Sindzo Abe Yaponiyanın yeni baş naziri seçilib - FOTO

Sindzo Abe Yaponiyanın yeni baş naziri seçilib - <span style="color: red;">FOTO
# 26 dekabr 2012 12:57 (UTC +04:00)

Bakı-APA. Liberal-Demokrat Partiyasının lideri Sindzo Abe Yaponiyanın yeni baş naziri seçilib. APA-nın məlumatına görə, o bu postda Demokrat Partiyanın nümayəndəsi Esixiko Nodu əvəzləyib.

 

Sindzo Abe yaxın vaxtlarda yeni hökumətin tərkibini açıqlayacaq. Yerli mətbuat sabiq baş nazir Taro Asonun hökumətdə maliyyə naziri vəzifəsini tutacağını yazır. Müdafiə naziri və xarici işlər naziri postlarına isə tanınmamış siyasətçilər təyin olunacaq.

 

Qeyd edək ki, Yaponiya Liberal-Demokrat Partiyası son parlament seçkilərində aşağı palatada yerlərin əksəriyyətini qazanıb. Demokrat Partiyanın 2009-cu ildəki qələbəsindən əvvəl liberal-demokratlar Yaponiyada 50 ilə yaxın hakimiyyətdə olublar. İndiki baş nazir Sindzo Abe bundan əvvəl 2006-2007-ci illərdə hökumətə rəhbərlik edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR