Bank Of Baku

Siyasi qalmaqalda adı hallanan Tehranın sabiq prokurorunun məhkəməsi keçiriləcək

Siyasi qalmaqalda adı hallanan Tehranın sabiq prokurorunun məhkəməsi keçiriləcək
# 25 fevral 2013 14:04 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA. “ Tehranın sabiq prokuroru Səid Mürtəzəviyə qarşı irəli sürülən ittihamların məhkəmədən öncə mediada yayılması doğru deyil”. APA-nın “Radiofardaya” istinadən yaydığı xəbərə görə, bu barədə Tehran Cinayət  Məhkəməsinin sədri Möhsün İxtiyari açıqlama verib. O “Mehr” xəbər agentliyində S. Mürtəzəvi ilə bağlı ittihamların yayılmasına etiraz edərək bildirib ki, ittihamlar prokurorluq nümayəndəsi tərəfindən məhkəmədə irəli sürülə bilər: “İşə baxılmadan öncə ittihamları elan etməyə heç kimin icazəsi yoxdur. Fevralın 26-da Mürtəzəvinin məhkəməsi keçiriləcək. Əgər hakimlər fikirlərini dəyişməsələr, məhkəmə prosesi ictimaiyyətə açıq olacaq”.

 

Qeyd edək ki, S. Mürtəzəvi 2009-cu ilin iyununda İranda Mahmud Əhmədinejadın qələbəsi ilə nəticələnmiş mübahisəli prezident seçkiləri zamanı Kəhrizək həbsxanasında müxalifətçilərə qarşı törədilən cinayətlərdə ittiham olunaraq barəsində cinayət işi açılıb. Hətta 2010-cu ilin yanvarında İran parlamentində Tehranın sabiq prokurorunun Kəhrizək həbsxanasındakı işgəncələrə başçılıq etməsi ilə bağlı hesabat müzakirəyə çıxarılıb. Sənəddə S. Mürtəzəvinin 2009-cu prezident seçkilərinin nəticələrinə etiraz olaraq keçirilmiş aksiyalarda həbs olunmuş 147 nəfəri müxtəlif təzyiqlərə, işgəncələrə məruz qoyduğu qeyd olunub. S. Mürtəzəviyə qarşı bir neçə cinayət işi açılıb. İran prezidenti onun indiyədək məsuliyyətə cəlb olunmasına imkan verməsə də, S. Mürtəzəvinin işi hələ də məhkəmədədir. M. Əhmədinejadla parlamentin sədri Əli Laricani arasında siyasi qalmaqaldan sonra S. Mürtəzəvinin işi yenidən gündəmə gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR