APA-nın “Agence France-Presse”ə istinadən yaydığı məlumata görə, mütəxəssisləri Dəməşqdən kimyəvi silah tətbiq olunduğu ehtimal edilən əraziyə aparan maşın bir neçə yerdən güllə ilə deşilib. Hücum hökumət qoşunları ilə üsyançılar arasında neytral ərazidə baş verib Ekspertlərə konkret kimin atəş açdığı məlum deyil. Müfəttişlərdən heç biri xəsarət almasa da, missiyanın rəhbəri təhlükəsizlik səbəbilə işi təxirə salmaq barədə qərar qəbul edib.
“Reuters”in məlumatına görə, bu hadisə ilə eyni vaxtda ekspertləri yaşadığı oteli qarşısında iki qumbaraatan mərmisi partlayıb. Suriya hakimiyyəti mərmilərin kustar üsulla hazırladığına diqqət çəkərək hücumun müxalifət tərəfindən təşkil olunduğunu bildirirlər.
BMT-nin mandatına əsasən, müfəttişlər kimyəvi silah tətbiq edən tərəfi müəyyənləşdirmək hüququna malik deyil, onlar yalnız ərazidə kimyəvi silah tətbiq olunub-olunmadığına aydınlıq gətirəcəklər.