Solomon adaları sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.
Yeraltı təkanların episentri Kirakira yaşayış məntəqəsindən 98 km qərbdə, ocağı 40 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.