Bakı-APA. Bu gün Yaponiyanın paytaxtında “Suriyanın dostları” qrupunun 5-ci iclası keçirilir.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, tədbirdə Suriya hökumətinə qarşı sanksiya tətbiq edən 60 ölkənin nümayəndəsi də iştirak edir.
Rusiya və Çin nümayəndələri Tokioda keçirilən görüşdə iştirak etməkdən imtina ediblər.
Tədbirdə çıxış edən Yaponiyanın XİN rəhbəri Koitiro Gembo bildirib ki, bu görüş Suriya hökuməti üçün təsirli siqnal olmalıdır.