Bank Of Baku

Suriya BMT-yə kimyəvi silah tətbiqi iddialarını əsassız olduğunu təsdiqləyən sübutlar təqdim edib

Suriya BMT-yə kimyəvi silah tətbiqi iddialarını əsassız olduğunu təsdiqləyən sübutlar təqdim edib
# 28 avqust 2013 15:12 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Dəməşqdə jurnalistlərə Suriyanın xarici işlər naziri Feysal Mikdad açıqlama verib.

 

“Suriya hökumət qoşunları heç vaxt kimyəvi silah tətbiq etməyiblər, bu, yalnız bəhanədir. Bizdə bu iddiamızı isbatlayacaq sübutlar var, biz onları BMT müfəttişlər komissiyasına təqdim etmişik”.

 

XİN başçısı bu gün müfəttişlərin ofisini ziyarət edib. Jurnalistlər ofisə girərkən nazirin əlində zərf olduğunu, daha sonra ofisdən zərfsiz çıxdığını bildirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR