Bakı-APA. Bu gün Suriya internetdən tamamilə təcrid olunub.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə beynəlxalq şəbəkə monitorinqi üzrə Renesys şirkəti bildirib. Verilən xəbərə görə, Dəməşq vaxtı ilə saat 12-dən etibarən Suriyada internet tamamilə kəsilib.
Qeyd edək ki, Dəməşqin ətrafında hökumət qüvvələri ilə müxalifətçilər arasında şiddətli döyüşlər gedir. Bu səbəbdən Suriya paytaxtı ilə beynəlxalq hava limanı arasında yol bağlanılıb.