Bank Of Baku

Suriya müxalifəti hakimiyyətin qadağan olunmuş bombalardan istifadə etdiyini bəyan edib

Suriya müxalifəti hakimiyyətin qadağan olunmuş bombalardan istifadə etdiyini bəyan edib
# 27 avqust 2013 19:24 (UTC +04:00)

Bakı-APA. Suriya müxalifəti hökumət qoşunlarının beynəlxalq razılaşmalar ilə qadağan olunmuş fosfor və napalm bombalardan istifadə etdiyini bəyan edib. APA-nın “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, Suriya müxalifətinin milli koalisiyasının nümayəndələrinin məlumatına görə, ötən gün Suriya Hərbi-Hava Qüvvələri Hələb ətrafına fosfor və napalm bombalardan dinc əhaliyə zərbələr endiriblər. Müxalifətçilərin məlumatına görə, azı 10 nəfər bu aviazərbənin qurbanı olub, onlarla insan isə yaralanıb.   

 

Müstəqil mənbələr bu məlumatı hələlik təsdiqləmir.

 

Qeyd edək ki, Suriya müxalifəti hakimiyyətin qadağan olunmuş silahdan istifadə etdiyini bəzi Qərb ölkələrinin Suriyaya hərbi müdaxiləyə hazırlaşmağı fonunda bəyan ediblər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR