Bakı-APA. Suriya müxalifətinin yaratdığı müvəqqəti hökumət Qətərdə ilk xarici nümayəndəliyini açıb. Mərasimdə müxalifətçilərin lideri Muaz əl-Xətib də iştirak edib.
Əl-Xətib öz çıxışında Qərbi müxalifətə hakimiyyəti ələ keçirməkdə mane olmaqda günahlandırıb.
"Beynəlxalq səviyyədə inqilabın qalib gəlməməsi üçün çalışırlar. ABŞ və NATO bizə Patriot raketləri verməkdən imtina edirlər. Qorxuram ki, bu Bəşər Əsədə yaşıl işıq yandırılmasıdır», deyə o bildirib.