Bank Of Baku

Suriya ordusu Dəməşq ətrafında 3 silahlı qruplaşmanı məhv edib

Suriya ordusu Dəməşq ətrafında 3 silahlı qruplaşmanı məhv edib
# 29 mart 2013 23:42 (UTC +04:00)

Bakı-APA. Suriya ordusu Dəməşq ətrafında silahlılara qarşı bir neçə uğurlu əməliyyat həyata keçirib. Nəticədə Cubar, Əl-Üteybə və Məzari-əl-İbbdə 3 silahlı qruplaşma məhv edilib. APA-nın məlumatına görə, bu barədə rəsmi SANA agentliyi məlumat yayıb.

 

Məlumata əsasən, silahlılar canlı qüvvə və texnika cəhətdən ciddi itkilər veriblər. Paralel olaraq Yəbrud, Adra və Karra məntəqələrində də yaraqlılar geri çəkilirlər. SANA-nın məlumatına əsasən, Adra ətrafında partlayıcı hazırlayan fabrik məhv edilib.

 

Eyni zamanda Suriya paytaxtına cənub istiqamətindən təhlükə gözlənildiyi də bildirilir. «Əl-Cəzirə» telekanalının məlumatına görə, silahlılar dünən İordaniya istiqamətindəki strateji cəhətdən vacib Dail şəhərini ələ keçiriblər. Son 24 saat ərzində bu rayonda 15 silahlı, 12 hərbçi və 10 dinc sakin həlak olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR