Bakı-APA. Suriya ordusu müxalifət qüvvələrinin əlində olan Dəməşqin ətraf rayonlarını azad edib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hərbiçilər Dəməşqdən 8 km aralıda olan Xarasta qəsəbəsinə daxil olaraq bu rayon üzərində nəzarəti bərpa ediblər. Bu qəsəbənin yaxınlığında olan digər yaşayış məntəqəsi – Duma uğrunda döyüşlər gedir. “Əl Vətən” xəbər portalı bildirir ki, hökumət qüvvələri müxalifətin Kadame, Əl Assali, Tadamun və Hacr-el-Assali rayonlarındakı hərbi bazalarını məhv ediblər.
Suriya ordusunun Rif-Diməşq əyaləti istiqamətində hərəkət etdiyi bildirilir.