Bank Of Baku

Suriya ordusunun 13 zabiti İordaniyaya qaçıb

Suriya ordusunun 13 zabiti İordaniyaya qaçıb
# 27 dekabr 2012 01:18 (UTC +04:00)

Bakı-APA. Suriya ordusunun 13 zabiti, onların ailə üzvləri daxil olmaqla ümumilikdə 70 nəfər İordaniyaya keçərək bu ölkənin rəhbərliyindən sığınacaq istəyib. APA-nın məlumatına görə, bu barədə Londonda ərəb dilində dərc olunan “Əş-şəq əl-ausət” qəzeti xəbər verir.

 

Qəzet İordaniyada olan mənbəyə istinadən bildirir ki, Suriya ordusunun zabitləri ailə üzvləri ilə sərhədyanı “Tel əş-Şihab” rayonuna gəlib və buradan Əl-Mafrak vilayətində yerləşən “Ər-Racxa” düşərgəsinə aparılıb. Qeyd edək ki, bu düşərgədə suriyalı fərarilər saxlanılır.

 

Qəzetin məlumatına görə, “Ər-Racxa” düşərgəsində Suriya ordusunun 820 keçmiş hərbçisi var. Mənbə qeyd edir ki, Suriyada münaqişə başlanandan İordaniyaya 2 mindən çox hərbçi qaçıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR