Bank Of Baku

Suriya rəsmiləri 300-dən artıq səudiyyəli silahlını həbs ediblər

Suriya rəsmiləri 300-dən artıq səudiyyəli silahlını həbs ediblər
# 30 mart 2013 02:47 (UTC +04:00)

Bakı-APA. Suriya həbsxanalarında 300-dən artıq müxaliflərin tərəfində döyüşmüş səudiyyəli «Əl-Qaidə» üzvü var. Bu barədə APA Suriya əl-Ən agentliyinə istinadən məlumat verir. Məlumata əsasən, ən azı  500 səudiyyəli isə müxaliflərin tərəfində döyüşməkdə davam edir.

 

Dəməşq və Ər-Riyad arasında rəsmi səviyyədə əlaqələrin kəsilməsini nəzərə alaraq məhbusların və həlak olmuş səudiyyəlilərin cəsədlərinin Səudiyyə Ərəbistanına verilməsi ərəb şeyxlərinin vasitəçiliyi ilə aparılır.

 

Səudiyyə Ərəbistanı DİN-in rəsmi nümayəndəsi Mənsur ət-Türki barələrində axtarış elan olunmuş «Əl-Qaidə» üzvlərinin Suriyaya keçdiklərini bildirib. Onun sözlərinə görə, «Suriyada döyüşmüş şər kəs, sərhədi keçən kimi Səudiyyə rəsmiləri tərəfindən həbs ediləcək».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR