Bank Of Baku

Suriya üsyançıları radio-texniki kəşfiyyat mərkəzini ələ keçirib

Suriya üsyançıları radio-texniki kəşfiyyat mərkəzini ələ keçirib
# 06 oktyabr 2014 11:40 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Suriyada hökumətə qarşı döyüşən silahlı birləşmələr Rusiya və Suriyanın müştərək işlətdiyi radio-texniki kəşfiyyat mərkəzini (“S” Mərkəzi) ələ keçirib.

 

APA-nın “gazeta.ru”ya istinadən verdiyi məlumaya görə, bu barədə Strategiya və Texnologiyalar Təhlili Mərkəzinin bloqunda qeyd olunub.

 

Bildirilir ki, mərkəz Suriyanın cənubunda, İsrail-Suriya demarkasiya xəttinə yaxın olan Tal əl-Xara dağında yerləşir.

 

Qeyd edək ki, “S” Mərkəzi vaxtilə Rusiya və Suriyanın Müdafiə nazirlikləri tərəfindən müştərək istifadə olunub. Lakin Suriyada vətəndaş müharibəsi başlandıqdan sonra mərkəzin rusiyalı əməkdaşları bu ölkəni tərk ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR