Bakı-APA. Suriyada müxalifətin tərəfində döyüşən 20 nəfər livanlı silahlı məhv edilib. Faktı Livan tərəfi də təsdiq edib. Məlumata görə, sünni məzhəbinə aid qruplaşmalardan birinə daxil olan livanlılar Suriyanın Tal Kalak şəhərinə hücum zamanı mühasirəyə alınaraq məhv ediliblər.
Xatırladaq ki, Suriyada münaqişə 2011-ci ilin martından davam edir. BMT-nin məlumatına görə, döyüşlərdə 30 minə yaxın insan öldürülüb.
Bir müddət əvvəl Suriya müxalifətinin 40 minlik ordusunun paytaxt Dəməşqi mühasirəyə alması barədə xəbərlər yayılıb.