Bank Of Baku

Suriyada daha 4 İran vətəndaşı həlak olub

Suriyada daha 4 İran vətəndaşı həlak olub
# 17 dekabr 2015 12:02 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. Suriyada həlak olmuş daha 4 İranlı və 1 Əfqanıstan vətəndaşı İranın müxtəlif bölgələrində dəfn edilib.

 

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, onlardan Məhəmməd Hadinejad və Əli Əkbər Şirəli Ağacəri şəhərində, Eyyub Rəhimpur Ümidiyyə şəhərində torpağa tapşırılıb. Bu iki şəhər İranın Xuzestan əyalətində yerləşir. Bu 3 nəfərin ölümü ilə, Xuzestan əyalətindən İraq və Suriyada ölənlərin sayı 33 nəfərə çatıb.

 

Həlak olanlardan İsmail Zahidpurun cənazəsi Gülüstan əyalətinin Kürdköy kəndində dəfn edilib. Dəfin mərasimində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli hərbçiləri və digər rəsmilər iştirak ediblər. Gülüstan əyalətindən Suriyada həlak olanların sayı 5 nəfərə çatıb.

 

Əfqanıstan vətəndaşı olan Zülfüqar Əliməhəmmədi isə Həsənabad qəsəbəsində basdırılıb. Z. Əliməhəmmədi “Fatimiyyun” briqadasının üzvü olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR