Bank Of Baku

Suriyada İŞİD-in qətlə yetirdiyi şəxslərin kütləvi məzarlığı aşkarlanıb

Suriyada İŞİD-in qətlə yetirdiyi şəxslərin kütləvi məzarlığı aşkarlanıb
# 30 dekabr 2014 14:20 (UTC +04:00)

Bakı – APA. Suriyanın şərqində terrorçuların qətlə yetirdiyi şəxslərin kütləvi məzarlığı aşkarlanıb.

 

APA-nın “Sinhua” agentliyinə istinadən verdiyi məlumata görə, məzarlığı təsadüfən Əl-Bahra kəndinin sakinləri aşkar ediblər.

 

Suriyanın SANA dövlət informasiya agentliyinin məlumatına əsasən, öldürülənlərin əksəriyyəti “İslam dövləti”nə qarşı döyüşən şuaytat tayfasının nümayəndələridir. Onlar “Cebhat ən-Nusra” sıralarında vuruşublar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR