Bank Of Baku

Suriyada sutka ərzində 100-dən çox İŞİD silahlısı məhv edilib

Suriyada sutka ərzində 100-dən çox İŞİD silahlısı məhv edilib
# 05 sentyabr 2017 02:43 (UTC +04:00)

Suriya ordusu Deyr-ez-Zor əyalətində  Rusiya aviasiyasının dəstəyi ilə 100-dən çox İŞİD silahlısını məhv edib.

 

APA-nın xəbərinə görə, bu barədə “Əl-Məyədin” telekanalı əyalətin qubernatoru Məhəmməd İbrahim Səmraya istinadən məlumat verib. Hədəfdə əsasən terrorçuların qərargah və silah anbarları olub.

 

“Hazırda hökumət qüvvələri Cebel at-Tarda yaylası istiqamətində irəliləyərək yaxınlıqdakı yaşayış məntəqələrini terrorçulardan təmizləmək niyyətindədirlər”, deyə qubernator bildirib.

 

Qeyd edək ki, ötən gün Suriyanın Deyr-ez-Zor əyalətində  İŞİD silahlılarının avtomobil konvoyunu atəşə tutması nəticəsində iki Rusiya hərbçisi həlak olub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR