Türkiyə ordusu Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində növbəti itki verib.
APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, Əl-Bab şəhərinin cənubunda mina partlayışı nəticəsində Türkiyə ordusunun 2 əsgəri həlak olub, 3 əsgər yaralanıb.
Yaralı əsgərlər xəstəxanaya yerləşdirilib, həyatları üçün təhlükə yoxdur.
Bu arada İŞİD terrorçuları Əl-Bab yaxınlığındakı Susiyan kəndində Türkiyə ordusunun dəstəklədiyi müxalif Azad Suriya Ordusunun nəzarət postuna bombalı maşınla hücum edib. Partlayış nəticəsində Azad Suriya Ordusunun 6 döyüşçüsü, 27 mülki şəxs həyatını itirib, 100-ə yaxın yaralı var. Yaralılar Türkiyənin Kilis şəhəri və ətraf rayonlardakı xəstəxanalara gətirilib.
Suriyada Türkiyə ordusunun daha 2 əsgəri həlak olub
24 fevral 2017 12:22 (UTC +04:00)
Asiya
İranın Konstitusiya Keşikçiləri Şurası prezident seçkilərinin tarixini təsdiqləyib
15:29
21 may 2024
Helikopter qəzasında həlak olan İran Prezidenti və digərlərinin cənazələri Təbrizdən Tehrana aparılıb - VİDEO - YENİLƏNİB
15:20
21 may 2024
Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var
14:38
21 may 2024
Türkiyənin vitse-prezidenti və XİN başçısı İrana səfər edəcək
14:32
21 may 2024