Bakı. Rəşad Süleymanov – APA. Suriyada daxili münaqişənin başlanmasından 2 il ötür. APA-nın məlumatına görə, Suriyada vətəndaş qarşıdurması 2011-ci il martın 15-də Dera şəhərində divarlara Bəşər Əsəd rejimi əleyhinə şüarlar yazan 15 nəfərin həbsi ilə başlayıb. Buna qarşı martın 15-ni “etiraz günü” elan edən müxalif qüvvələr küçəyə çıxaraq davamlı aksiyalara başlayıb.
Beynəlxalq təşkilatların hesabatlarına görə, daxili qarşıdurmanın, vətəndaş müharibəsinin davam etdiyi 2 il ərzində Suriyada ən azı 70 min nəfər həlak olub, 1,1 milyondan artıq insan ölkəni tərk edərək qonşu Livan, İraq, Türkiyə, İordaniya və digər ölkələrə sığınıb. Silahlı münaqişə nəticəsində ölkədə təxminən 3 milyon binanın dağıldığı bildirilir.