Bakı. Könül Cəfərli – APA. Suriyanın xarici işlər naziri Vəlid əl-Müəllim İrana səfər edib. APA-nın məlumatına görə, səfər çərçivəsində Suriya xarici siyasət idarəsinin rəhbəri İranın bir sıra yüksək rütbəli rəsmiləri ilə görüşərək, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, regional və qlobal məsələlər, xüsusilə iki ildir ölkəsində davam edən siyasi böhranla bağlı fikir mübadiləsi aparacaq. V. əl-Müəllim xüsusilə səfər çərçivəsində İran xarici işlər naziri Əli Əkbər Salehi və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə görüşəcək.
Qeyd edək ki, səfər ötən həftə planlaşdırılsa da, ancaq bəlli olmayan səbəblərdən təxirə salınmışdı.