Bakı. Məlahət Nəcəfova - APA. Suriya xarici işlər naziri Valid Muallem oktyabrın sonunda Moskvaya səfər edəcək.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Qennadi Qatilov məlumat verib.
Q. Qatilov onu da əlavə edib ki, hələlik BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Misturanın səfəri planlaşdırılmır.