Bank Of Baku

Rusiyalı politoloq: “Suriya Rusiya üçün prinsip məsələsi olsa da, müharibə başlayacağı təqdirdə tərəf olacaq qədər həyati sahə deyil” - FOTO

Rusiyalı politoloq: “Suriya Rusiya üçün prinsip məsələsi olsa da, müharibə başlayacağı təqdirdə tərəf olacaq qədər həyati sahə deyil”  - <span style="color: red;">FOTO
# 28 avqust 2013 15:40 (UTC +04:00)

Moskva. Fərid Əkbərov-APA. “Suriyaya qarşı hərbi müdaxilə noyabr ayına kimi gerçəkləşəcək”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Müdafiə və Xarici Siyasət Şurasının sədri Sergey Karaqanov söyləyib. Onun sözlərinə görə, bölgədə hərbi varlıqların artması müharibənin başlanmaq üzrə olduğuna işarədir: “Təəssüflər olsun ki, Avropa Birliyi qarşıdakı iki ay ərzində Suriyaya hücum edəcək. ABŞ prezidenti Barak Obama həqiqətən də bu müharibəni istəməsə də, bu baş verəcək. Hər şeydən əvvəl onun ABŞ-dakı tərəfdaşları bunu istəyir. Respublikaçılar da müharibənin başlanmasının tərəfdarıdır. Onlar bir an öncə müharibənin başlanmasını və Obamanı gözdən salmağı planlaşdırırlar. Avropalı tərəfdaşlardan da Obamaya sıx təzyiq var. Onlar keçirdikləri iqtisadi böhran yerinə ictimaiyyətin diqqətini başqa yerlərə çəkmək istəyirlər”.

 

“Qərb ölkələri qurudan Suriyaya hücum etməyəcəklər. Onlar hərbi gəmilərdən qalxan qırıcı təyyarələrlə strateji hədəfləri və dövlət binalarını vuracaqlar. Eyni zamanda uzun mənzilli raketlərdən də istifadə gözləniləndir”. Bu açıqlamanı isə APA-ya “Russia in Global Affairs” jurnalının baş redaktoru, politoloq Fyodor Lukyanov deyib. Onun sözlərinə görə, Suriya Rusiya üçün prinsip məsələsi olsa da, müharibə başlayacağı təqdirdə tərəf olacaq qədər həyati bir sahə deyil”

 

Qeyd edək ki, ABŞ və digər Qərb ölkələri avqustun 21-də Suriya hökumətinin kimyəvi silahdan istifadə etdiyini əsas gətirərək bu ölkəyə hərbi müdaxilə etməyin vacib olduğunu açıqlayıblar. BMT Təhlükəsizlik Şurasının daimi  üzvləri olan Rusiya və Çinin vetosuna baxmayaraq, ABŞ və digər Qərb ölkələri Suriyaya hərbi müdaxilə əməliyyatı hazırlayır. Suriya münaqişəsi başlayandan bu günə qədər Əsəd rejimini dəstəkləyən Rusiya kimyəvi silah tətbiqinə görə ABŞ-ın hərbi müdaxilə etməsi ilə bağlı bəyanatından sonra tərəf olmayacağını açıqlayıb. Rusiya xarici işlər naziri Sergey Lavrov keçirdiyi brifinqdə açıq bir şəkildə kimsə üçün savaşmaq niyyətlərinin olmadığını söyləyib.

 

Bundan əvvəl Aralıq dənizinə yeni hərbi gəmi göndərmək niyyətinin olmadığını açıqlayan rəsmi Moskva Tartusdakı dəniz hərbi hissəsindən çıxmağa başladıqlarını da bəyan edib. Rusiya Dəniz Qüvvələrindən verilən açıqlamada Qara dəniz Flotundan PM-138 texniki ekipaj gəmisinin təxliyə üçün hazır olduğu bildirilib. Bu o deməkdir ki, Rusiya qısa bir zamanda Tartus limanından çıxacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR