Bank Of Baku

"Taliban"ın hücumu nəticəsində 14 əfqan hərbçisi ölüb

"Taliban"ın hücumu nəticəsində 14 əfqan hərbçisi ölüb
# 21 iyun 2018 11:04 (UTC +04:00)

Əfqanıstanın Faryab əyalətində “Taliban" silahlılarının hücumu nəticəsində 14 hərbçi ölüb.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarında “Taliban” radikal qruplaşmasının üzvləri Xvadja Sabj Poş rayonunda yerləşən hərbi hissəyə hücum edib. Hücum nəticəsində 14 əfqan hərbçisi ölüb.

 

Qeyd edək ki, ötən şənbə günü Əfqanıstan prezidenti Əşrəf Qəni “Taliban”la 11-19 iyun tarixlərində elan edilmiş müvəqqəti atəşkəsin daha on gün davam edəcəyini açıqlayıb. Ancaq “Taliban” son hücumu ilə atəşkəsi davam etdirmək fikrində olmadığını göstərib. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR