Bank Of Baku

Əfqanıstanda Almaniya konsulluğuna hücum nəticəsində 2 nəfər ölüb, 110 nəfər yaralanıb - YENİLƏNİB-1

Əfqanıstanda Almaniya konsulluğuna hücum nəticəsində 2 nəfər ölüb, 110 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB-1
# 11 noyabr 2016 00:59 (UTC +04:00)

“Taliban” silahlılarının  Almaniyanın Əfqanıstanın Məzəri-Şərif şəhərindəki konsulluğuna hücumu nəticəsində yaralananların sayı 110 nəfərə çatıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hazırda vəziyyət nəzarətə götürülüb.

 

Bundan əvvəl konsulluğun qarşısında minalanmış avtomobilin partladılması və partlayışdan sonra atəş nəticəsində 2 nəfərin öldüyü, 84 nəfərin yaralandığı bildirilmişdi.

 

Alman diplomatlarının konsulluq üçün istifadə etdikləri “Mazar Hotel” otelinin qarşısında törədilən  birinci partlayışın ardınca binanın daxilində ikinci güclü partlayış baş verib. 

 

Hadisə yerinə NATO hərbçiləri cəlb olunub, otelin yaxınlığında atışma baş verib. Alyansın nümayəndəsi binanın ciddi zərər çəkdiyini bildirib.

 

“Taliban” nümayəndəsi hücumun ABŞ aviasiyasının  Gündüz əyalətinə endirdiyi zərbələrə cavab olduğunu bildirib. Qeyd edək ki, noyabrın 3-də ABŞ aviasiyasının  Gündüz əyalətinə endirdiyi zərbələr nəticəsində 30 dinc sakin ölüb.

 

 

***

 

02.22

 

 

“Taliban” silahlılarının  Almaniyanın Əfqanıstanın Məzəri-Şərif şəhərindəki konsulluğuna hücumu nəticəsində 2 nəfər ölüb, azı 80 nəfər yaralanıb.

 

APA-nın “New York Times”a istinadən verdiyi xəbərə görə, alman diplomatlarının konsulluq üçün istifadə etdikləri “Mazar Hotel” otelinin qarşısında törədilən  birinci partlayışın ardınca binanın daxilində ikinci güclü partlayış baş verib.  

 

Hadisə yerinə NATO hərbçiləri cəlb olunub, otelin yaxınlığında atışma baş verib. Alyansın nümayəndəsi binanın ciddi zərər çəkdiyini bildirib.

 

“Taliban” nümayəndəsi hücumun ABŞ aviasiyasının  Gündüz əyalətinə endirdiyi zərbələrə cavab olduğunu bildirib. Qeyd edək ki, noyabrın 3-də ABŞ aviasiyasının  Gündüz əyalətinə endirdiyi zərbələr nəticəsində 30 dinc sakin ölüb.

 

***** 00.32

 

“Taliban” silahlıları  Almaniyanın Əfqanıstanın Məzəri-Şərif şəhərindəki konsulluğuna hücum ediblər.

 

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində 1 nəfər ölüb, 29 nəfər yaralanıb.  

 

“Terrorçu-kamikadze minalanmış avtomobillə konsulluq binasının divarına çırpılıb”, - deyə yerli polis idarəsinin rəisi Səid Kamal Sədət bildirib.

 

Xəsarət alanların arasında əcnəbilərin olması barədə xəbər yoxdur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR