Bank Of Baku

Taner Yıldız: “ABŞ-ın İrana qarşı sanksiyaları Türkiyənin də zərərinədir”

Taner Yıldız: “ABŞ-ın İrana qarşı sanksiyaları Türkiyənin də zərərinədir”
# 24 dekabr 2012 09:08 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “ABŞ-ın İrana qarşı birtərəfli sanksiyaları Türkiyənin də zərərinədir”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib.

 

Onun sözlərinə görə, rəsmi Ankara ABŞ-ın İrandan təbii qaz idxalına tətbiq edəcəyi sanksiyaların təkcə Tehrana deyil, eyni zamanda Türkiyə üçün də sanksiya olacağını hesab edir: “Türkiyə enerji, xüsusilə təbii qaz və xam neft ehtiyaclarının qarşılanması ilə bağlı əvvəlcə vətəndaşlarını, rəsmi Ankaranın ehtiyaclarını düşünmək vəziyyətindədir. İran Türkiyənin təbii qaz ehtiyacını təmin edilməsi məsələsində ikinci tədarükçümüzdür”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR