Tayvanda 4,7 bal gücündə zəlzələ baş verib.
APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.
Yerli vaxtla saat 03:18-də qeydə alınan yeraltı təkanların episentri Xualyan şəhərindən 64 km şərqdə, ocağı 30 km dərinlikdə yerləşib.
Bundan əvvəl yerli vaxtla saat 01:09-da paytaxt Taybeydən 111 km cənub-qərbdə 4,2 maqnitudalı təkanlar qeydə alınıb.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.
Qeyd edək ki, fevralın 6-da Xualyanda tələfatla nəticələnən 6,5 bal gücündə zəlzələ baş verib.