Bakı – APA. Tayvanda təyyarə qəzası nəticəsində ölənlərin sayı 19-a çatıb.
APA-nın məlumatına görə, bu barədə Tayvan Mərkəzi İnformasiya Agentliyi xəbər yayıb.
Qəzaya uğrayan təyyarənin məxsus olduğu “TransAsia” aviaşirkətinin icraçı direktoru Çen Çinde isə canlı yayımda baş verən hadisəyə görə ölən şəxslərin yaxınlarından üzr istəyib.
Qeyd edək ki, bundan öncə qəza nəticəsində 12 nəfərin öldüyü, 30 nəfərin itkin düşdüyü bildirilirdi.
Xatırladaq ki, Tayvanın paytaxtı Taybey şəhəri yaxınlığında “TransAsia” aviaşirkətinə məxsus ATR 72-600 təyyarəsi qəzaya uğrayıb. Göyərtəsində 58 nəfərin olduğu təyyarə çaya düşüb.