Bank Of Baku

Təbriz Azad Universitetinin həbsdə olan azərbaycanlı tələbəsi azadlığa buraxılıb

Təbriz Azad Universitetinin həbsdə olan azərbaycanlı tələbəsi azadlığa buraxılıb
# 18 iyul 2013 12:21 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. Təbriz Azad Universitetinin tələbəsi Behruz Fəridi azadlığa buraxılıb. APA-nın “Oyannews”a istinadən məlumatına görə, azərbaycanlı fəal barəsində çıxarılmış bir illik həbs cəzasını çəkdikdən sonra iyulun 16-da Təbriz şəhərinin mərkəzi həbsxanasından sərbəst buraxılıb.

 

Qeyd edək ki, Behruz Fəridi 2011-ci il noyabrın 3-də öz həyat yoldaşı Leyla Behruz və tələbə fəallar Arəş və Siyavuş Məhəmmədi ilə birlikdə həbs olunub. İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinə aparılan azərbaycanlı fəal 2012-ci il yanvarın 7-də 40 milyon tümən mülk girovu qarşılığında Təbriz zindanından azadlığa buraxılıb. Daha sonra Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsinin qərarı ilə Behruz Fəridi bir il azadlıqdan məhrum edilib. 2012-ci il oktyabrın 2-də isə ETTELAT əməkdaşları tərəfindən həbs edilib və birillik həbs cəzasını çəkməsi Təbriz şəhərinin mərkəzi həbsxanasının karantin bölümünə salınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR