Bank Of Baku

Təbrizdə 10 nəfər həbs edilib

Təbrizdə 10 nəfər həbs edilib
# 13 mart 2013 10:16 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində şənlik mərasiminə basqın olub.

 

APA-nın “Oyannews”a istinadən məlumatına görə, martın 12-də axşam saatlarında şəhərin Rüşdiyə məhəlləsində çərşənbə bayramını qeyd edən gənclər İran təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb. Nəticədə 10 azərbaycanlı həbs edilib. Basqın zamanı boyalı güllələrdən də istifadə edilib.

 

Qeyd edək ki, bu güllənin tərkibində gözəgörünməz mürəkkəb var və həmin maddə yalnız xüsusi aparat vasitəsilə müəyyənləşdirilir. İranda son illərdə aksiyalarda iştirak etmiş və həmin zaman həbs edilməmiş insanları müəyyənləşdirmək üçün bu güllədən istifadə olunur. Ancaq İran təhlükəsizlik qüvvələri Təbrizdə ilk dəfədir belə güllələrdən istifadə edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR