Bank Of Baku

Təbrizdə 1 məhkum edam edilib

Təbrizdə 1 məhkum edam edilib
# 13 iyul 2013 16:15 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərində bir nəfər edam edilib. APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, məhbus narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkilib.

 

Marağa şəhərindən və əslən Azərbaycan türkü olan 30 yaşlı Məhəmmədrza Cərrahi 4 ildir Təbriz şəhərinin mərkəzi həbsxanasında edam olunacağı günü gözləyirmiş. Nəhayət, qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra iyulun 10-da səhər saatlarında icra edilib.

 

Qeyd edək ki, Marağa şəhərinin həbsxanasında 15 məhbusun da ölüm hökmünün İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndiyi və yaxın günlərdə qərarın icra ediləcəyi bildirilir. Onların əksəriyyəti narkotik maddələrin qaçaqmalçılığında ittiham edilərək edam cəzasına məhkum ediliblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR