Bakı. Real Cəfərli – APA. Bu il oktyabrın 22-də Təbriz şəhərində Urmiya gölü ilə bağlı konfrans keçiriləcək.
APA-nın “Öyrənci səsi”nə istinadən məlumatına görə, bu barədə İranın Şərqi Azərbaycan vilayətinin Təbii Mənbələr və Kənd Təsərrüfatı Tədqiqatı Mərkəzinin rəhbəri Həsən Monirifər açıqlama verib.
Onun sözlərinə görə, “Urmiya gölünün quruması: onun su və torpağa təsirləri” adlanan konfrans iki gün davam edəcək: “Artıq konfrans üçün elmi məqalələrin və tədqiqat əsərlərinin qəbulu başlayıb. Hər kəs sentyabrın 22-dək elmi məqalə və ya tədqiqat əsərini təqdim edə bilər”.