Bank Of Baku

Tehranda fabrikdə yanğın olub, ölən və yaralananlar var

Tehranda fabrikdə yanğın olub, ölən və yaralananlar var
# 12 iyul 2013 03:07 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın paytaxtı Tehran şəhərində ötən gün 6 mətəbəli tikiş fabrikində yanğın olub. APA-nın “Oyannews”a istinadən məlumatına görə, hadisə iyulun 11-də, yerli vaxtla saat 11:55-də şəhərin Cümhuriyyət xiyabanında baş verib. Nəticədə 3 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Ölənlərdən ikisi qadındır. Bir nəfər xilas olmaq üçün dördüncü mərtəbədən özünü atsa da, ancaq onun həyatını xilas etmək mümkün olmayıb. Yaralılardan üçü ilkin tibbi müdaxilədən sonra xəstəxanaya aparılıblar. Yanğını yalnız yerli vaxtla saat 13:30-da söndürmək mümkün olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR