Tehranda güclü yağış bir sıra fəsadlar törədib.
APA-nın Tehran bürosunun məlumatına görə, leysan yağışları bəzi yerlərdə elektrik xətlərini sıradan çıxıb, evləri su basıb. Bir qadın su arxına düşüb. Hazırda onun axtarışları davam etdirilir.
Güclü yağış nəticəsində xiyabanları su basıb və avtomobil yollarında kilometrlərlə tıxac yaranıb. Metronun 5-ci xəttində yaranmış problem nəticəsində sərnişinlər saatlarla yolda qalıblar.