Bakı-APA. Yaponiya paytaxtı Tokionun şimalında avtomobil tuneli uçub, hadisə yerində yanğın başlayıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbər görə, xilasedicilər tuneldən bir nəfər qadını çıxara biliblər. Hadisədə üç nəfər xəsarət alıb. Xilas olunan qadın bildirib ki, tuneldə bir necə avtomobil və 5 nəfər insan təcrid olunmuş vəziyyətdə qalıb.