Bakı-APA. Atlantik okeanın şimalında 5,7 bal gücündə zəlzələ olub. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, ABŞ Geoloji xidmətin məlumatına əsasən, yeraltı təkanlar 34,6 km dərinlikdə qeydə alınıb. Zəlzələnin episentri Tonqa Krallığının paytaxtı Nukualofa şəhərindən 451 km şimal şərqdə, Neyafa şəhərinin isə 148 km şimal şərqində qeydə alınıb.
Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan olunmayıb.