Bank Of Baku

Türkiyə Suriya ilə sərhədindəki nəzarət keçid məntəqəsini yenidən açıb

Türkiyə Suriya ilə sərhədindəki nəzarət keçid məntəqəsini yenidən açıb
# 14 fevral 2013 19:20 (UTC +04:00)

 

Bakı-APA.  Türkiyə Suriya ilə sərhədindəki nəzarət keçid məntəqəsini (NKM) yenidən açıb. Qeyd edək ki, “Cilvəgözü” NKM-i fevralın 10-dan bağlı olub. Keçid məntəqəsinin bağlanmasına səbəb NKM-in qarşısında Suriya dövlət qeydiyyat nömrələri olan mikroavtobusun partladılması olub, partlayış nəticəsində 14 nəfər ölüb.    

 

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, “Cilvəgözü” NKM-i qarşısında Suriyaya humanitar yardımla istiqamət tutan Türkiyə yük maşınlarından ibarət 10 km uzunluğunda növbə yaranıb. Hal-hazırda onlara və minik avtomobillərə Suriya ərazisinə keçməyə icazə verilib.   

 

Qeyd edək ki, “Cilvəgözü” nəzarət keçid məntəqəsi Türkiyədə məskunlaşmağa çalışan Suriya qaçqınları üçün əsas yollardan biri sayılır.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR