Bank Of Baku

Türkiyədən İran və Ukraynaya uçan təyyarələri ildırım vurub

Türkiyədən İran və Ukraynaya uçan təyyarələri ildırım vurub
# 11 dekabr 2013 08:17 (UTC +04:00)

Bakı - APA. “Türk Hava Yolları” aviaşirkətinin İstanbul-İsfahan səfərini yerinə yetirən təyyarəsini ildırım vurub.

 

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, dekabrın 10-da saat 23:00-da Atatürk hava limanından qalxan “Boeing 737-800” tipli sərnişin təyyarəsini qısa müddət sonra ildırım vurub.

 

Kapitan təyyarəni eniş üçün Ankaraya istiqamətləndirib. Təyyarə saat 09:25 radələrində Ankaranın Esenboğa hava limanına enib. Təyyarədəki 79 sərnişin başqa bir təyyarə ilə İsfahana yola salınıb.

 

Dünən saat 23:55 radələrində İstanbulun Sabiha Gökçen hava limanından qalxan və Ukraynanın Xarkov şəhərinə uçan təyyarəni də ildırım vurub. “Pegasus” aviaşirkətinə məxsus təyyarə Sabiha Gökçen hava limanına geri dönməli olub. Təyyarənin burun hissəsinə zərər dəyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR