Bank Of Baku

Üç fələstinlinin dəfni İsrail hərbçiləri ilə yeni toqquşmalara səbəb olub

Üç fələstinlinin dəfni İsrail hərbçiləri ilə yeni toqquşmalara səbəb olub
# 04 aprel 2013 21:45 (UTC +04:00)

Bakı-APA. İordan çayının Qərb sahilində İsrail hərbçiləri ilə üç fələstinlinin dəfn mərasimində iştirak edən gənc fələstinlilər arasında toqquşmalar baş verib.

 

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Hevron şəhərində İsrail xəstəxanasında xərçəngdən ölmüş Maysar Əbu Həmdiyənin dəfn mərasiminə minlərlə fələstinli toplaşıb.  İsrail  iddia edir ki, məhbus olmuş Maysar Əbu Həmdiyəyə vaxtında ixtisaslaşmış tibbi yardım göstərilib. Fələstinli liderləri isə iddia edir ki, İsrail hökuməti Əbu Həmdiyəyə çox gec müalicə etməyə başlayıb.  

 

 

Əbu Həmdiyə təntənə ilə hərbçi kimi dəfn olunub.

 

Tülkarm  şəhərində də yüzlərlə insan ötən gün israilli hərbçilər tərəfindən öldürülmüş fələstinlilərin dəfninə yığışıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR