APA-nın AZOH-a istinadən məlumatına görə, bunu Urmiya Universitetinin Elmi Heyətinin üzvü, tədqiqatçı, doktor Nasir Ağ bildirib.
Onun sözlərinə görə, apardığı hesablamalar Urmiya gölünün cənub hissəsində ən çoxu 350 milyon kubmetr su olduğunu ortaya çıxarıb: “Bu da Urmiyanın “Şəhərçayı” su anbarında olan suyun iki dəfəsi belə deyil”.
N.Ağ səlahiyyətli şəxslərə və əhaliyə ciddi xəbərdarlıq edərək, Urmiya gölünün qurumasını böyük ekoloji fəlakət adlandırıb: “Nə üçün minimum xərclərlə gölün qurumasının qarşısını ala biləcək layihələr həyata keçirilmir?”