Bank Of Baku

Vaşinqton: İranın raket istehsal etməsi BMT TŞ-in qətnamələrinə ziddir

Vaşinqton: İranın raket istehsal etməsi BMT TŞ-in qətnamələrinə ziddir
# 14 dekabr 2017 21:54 (UTC +04:00)

“İran nüvə sazişinin arxasında gizlənərək və BMT TŞ-in müvafiq qətnamələrini pozaraq raket istehsal edir”.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli bildirib.

 

“Hamının diqqəti nüvə sazişindədir, İran isə onun arxasında gizlənərək, daim sazişdən çıxacağı ilə hədələyir”, - deyə N.Xeyli mətbuat konfransında bildirib.

 

N.Xeyli növbəti dəfə İranı bu ölkəyə raket istehsalını qadağa edən BMT TŞ-in qətnamələrini pozmaqda ittiham edib.  

 

“Nüvə sazişi vacibdir, lakin BMT TŞ-in qərarları da mühümdür”, - deyə o qeyd edib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR